Ukraynadakı münaqişə əmtəə və enerji qiymətlərinin qalxmasına səbəb olub, Afrika və Yaxın Şərqə təsir edə biləcək ərzaq böhranı təhlükəsi yaradıb.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu İtaliya Baş naziri Mario Draqi deyib.
"İqtisadi baxımdan münaqişə qlobal təchizat zəncirlərinin fəaliyyətində qeyri-sabitliyə, xammal və enerji qiymətlərində qeyri-sabitliyə səbəb olub. Müharibə və Rusiyanın Qara və Azov dənizləri limanlarına tətbiq etdiyi blokadaları səbəbindən Ukraynanın məhsul ixracı dağılıb. Ukrayna Avropa Birliyinin dördüncü ən böyük xarici ərzaq tədarükçüsüdür, dünya taxıl ixracının dörddə birindən çoxu Rusiya və Ukraynanın payına düşür", - Draqi bildirib.
Milli.Az