Dünya

Odessaya raket zərbəsi endirilib, ölən və yaralananlar var

2 May 2022 21:52
0 Şərh     Baxış: 1 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:52

Rusiya silahlı qüvvələri Odessaya raket zərbəsi endirib. Yanğın nəticəsində ölən və yaralananlar var.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Odessa Vilayət Administrasiyasının rəhbəri Maksim Marçenko "Telegram" kanalında bildirib.

"Odessadakı infrastruktur obyektlərindən birinə raket hücumu olub. Partlayış nəticəsində ölən və yaralananlar var, lakin onların sayı hələ dəqiqləşdirilməyib", - deyə Marçenko qeyd edib.

--------

21:05

Axşam saatlarında Ukraynanın Odessa və Nikolayev şəhərlərində güclü partlayış səsləri eşidilib

Milli.Az APA-ya istinadən bildirir ki, Odessada bir, Nikolayevdə isə bir neçə güclü partlayış baş verib. Hər 2 şəhərdə həyəcan elan edilib.

Partlayışa Rusiya raketinin səbəb olması ehtimal edilir. Hadisə ilə bağlı rəsmi məlumat yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.