Dünya

Müharibə başlayandan Ukraynada 219 uşaq həlak olub, 404 uşaq yaralanıb

1 May 2022 18:07
0 Şərh     Baxış: 993
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ukraynaya qarşı müharibə başlayandan bəri 219 uşaq ölüb, 404 uşaq yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

"2022-ci il mayın 1-i səhər saatlarına olan məlumata görə, zərərçəkmiş uşaqların rəsmi sayı dəyişməyib - 219. Xəsarət alanların sayı artıb - 404", - məlumatda deyilir.

Uşaqlardan ən çox xəsarət aldığı yerlər açıqlanıb: Donetsk vilayətində - 139, Kiyevdə - 115, Xarkovda - 95, Çerniqovda - 68, Xersonda - 44, Nikolayevdə - 43, Luqanskda - 37, Zaporojyedə - 27, Sumıda - 17, Kiyevdə - 16, Jitomda - 15.

Qeyd olunur ki, aprelin 29-30-da Rusiya hərbçilərinin Donetsk vilayətinin Kramatorsk rayonunun Dobropillia, Drobışevo və Volnovaxski rayonunun Vremovka yaşayış məntəqələrini atəşə tutması nəticəsində 5 uşaq yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.