Dünya

Yeni viruslarla bağlı ŞOK XƏBƏRDARLIQ

30 Aprel 2022 09:36
0 Şərh     Baxış: 2 127
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı alimlər 2070-ci ilə qədər minlərlə yeni virusun peyda olacağını proqnozlaşdırıblar. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu virusların yaranmasına iqlim dəyişikliyi səbəb olacaq. 

Bioloqlar yaxın 50 ildə dünya üzrə orta temperaturun artacağını bildiriblər. Bu da daha çox xəstəliklərin peyda olmasına gətirib çıxaracaq. Yaranmış yeni virusların daha çox məməli heyvanlarda, quşlarda rast gəlinəcəyi ehtimal olunur. 

Mütəxəssislərin sözlərinə görə, yeni viruslar koronavirus pandemiyası kimi hallara  səbəb olmayacaq. Amma xəstəliklərin heyvanlardan insanlara keçmə riski arta bilər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.