Dünya

Kanada Ukraynada yenidən səfirlik açmağı planlaşdırır

30 Aprel 2022 13:24
0 Şərh     Baxış: 822
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanada xarici işlər naziri Melani Coli Ukraynada yenidən Kanada səfirliyinin açılması ilə bağlı planların olduğunu açıqlayıb.

"Hədəfimiz önümüzdəki günlərdə və ya həftələrdə bu planı gerçəkləşdirməkdir. Sadəcə personal üçün təhlükəsiz mühitin olduğuna əmin olmalıyıq. Eyni zamanda, digər məsləkdaşlarımızın və müttəfiqlərimizin də bu yöndə necə addımlar atdığını müşahidə edirik", - deyə nazir verdiyi açıqlamada qeyd edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Kanadanın Rusiyadakı keçmiş səfiri Ceremi Kinsman isə Kanadanın Ukraynada diplomatik mövcudluğunu davam etdirməsinin labüdlüyünü vurğulayıb.

"Əsla ordan çıxmamalı idik. Səfirliyi bağlamamalı idik. Hökumətlərin keçmişdən əldə etdiyimiz təcrübələri niyə təkrar-təkrar unutduğunu bilmirəm", - deyə keçmiş səfir bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.