Dünya

"İzabel" Ukraynaya 200 ton silah gətirdi

29 Aprel 2022 10:56
0 Şərh     Baxış: 1 530
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "İzabel" hərbi gəmisi Polşanın Qdinya limanına gəlib, Ukrayna Silahlı Qüvvələrinə 200 tona yaxın hərbi yardım çatdırıb.

Milli.Az bildirir ki, bu barədə Polşanın "Wiadomosci" nəşri 3-cü gəmi flotiliyasının mətbuat katibi Boleslav Romanovskiyə istinadən yazıb.

Silahlardan əlavə, tədarükə 30 yük maşını və 10 yüngül yolsuzluq avtomobili daxildir. Jurnalistlər bunu İspaniyadan Ukrayna Silahlı Qüvvələri üçün ən böyük hərbi texnikanın çatdırılması adlandırıblar.

İspaniya Rusiyanın tammiqyaslı işğalından sonra Ukraynaya hərbi ləvazimatlar göndərməkdə əvvəlcə çəkinirdi. Nəşr qeyd edib ki, martın əvvəlində bunlar dərmanlar, qumbaraatanlar, pulemyotlar və döyüş sursatları olub.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.