Dünya

Britaniya Şərqi Avropaya 8000 hərbçi göndərir

29 Aprel 2022 12:54
0 Şərh     Baxış: 944
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya hərbi təlimlərdə iştirak etmək üçün Şərqi Avropaya 8000 hərbçi göndərir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, Böyük Britaniyanın soyuq müharibədən sonra Avropada ən böyük hərbi qüvvələr yerləşdirməsidir.

Məlumata görə, Rusiyanın Ukraynanı işğalı ilə əlaqədar olaraq bu yay keçirilməsi planlaşdırılan təlimlərin miqyası genişləndirilib. Qeyd olunub ki, təlimlər çərçivəsində Finlandiyadan Şimali Makedoniyayadək onlarla Britaniya tankları yerləşdiriləcək. Qeyd olunub ki, Britaniya hərbçilərinə NATO, eləcə də Finlandiya və İsveçin də daxil olduğu Birgə Ekspedisiya Qüvvələri alyansının hərbçiləri qoşulacaq. Nəticədə təlimlərdə iştirak edəcək hərbçilərin sayının on minlərlə olacağı vurğulanıb.

Britaniya Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, təlimlər uzun müddət öncə planlaşdırılıb və Rusiyanın fevralda öz qonşusunu işğal etməsinə cavab olaraq inkişaf etdirilib.

Britaniya ordusunun generalı Ralf Vuddis (Ralph Wooddisse) bildirib ki, Böyük Britaniya Avropanın müdafiəsinə və Rusiyanın aqressiyadan çəkindirilməsinə nəzərəçarpan töhfə verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.