Dünya

Rusiya Ukraynanın Su-24 təyyarəsini vurdu

28 Aprel 2022 12:38
Baxış: 756
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya hava hücumundan müdafiə sistemləri Luqansk səmasında Ukraynaya məxsus Su-24 təyyarəsini, həmçinin Xarkov vilayətində İzyum səmasında "Toçka-U" raketini vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

"Rusiyanın hava hücumundan müdafiə sistemləri Luqanskın Nikolaevka yaşayış məntəqəsi üzərində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24 təyyarəsini vurub. Bundan başqa, Rusiyanın hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin İzyum şəhərinin yaşayış məntəqələrinə Ukraynaya məxsus "Toçka-U" ballistik raketinin hücumunu dəf edib", - deyə Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov bildirib ki, Rusiya Quru Qoşunlarının raket qoşunları və artilleriyası Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı gecə ərzində 408 hədəfi vurub: "Nəticədə 18 komanda məntəqəsi və canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 383 ərazi məhv edilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.