Dünya

Bu ölkələrin parlament sədrləri Ukraynadadır - FOTO

27 Aprel 2022 23:42
0 Şərh     Baxış: 1 289
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rumıniya Senatının rəhbəri Florin Kıtsu, Şimali Makedoniya Assambleyasının (birpalatalı parlament) sədri Tələt Caferi və İsveçrə Milli Şurasının (parlamentin böyük palatası) sədri İrene Kalin çərşənbə günü Kiyevə səfər ediblər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, spikerlər Ukrayna parlamentin sədri ruslan Stefançukla görüşüblər. 

"Biz Ukraynaya dəstəklə bağlı bütün məsələləri müzakirə etdik. Çox aydın şəkildə beş əsas istiqaməti müzakirə etdik, bunlar sanksiyalar siyasəti, maliyyə, humanitar dəstək, Avropaya inteqrasiyaya dəstək və Ukraynaya hərbi dəstəkdir" - Stefançuk görüşün yekunları üzrə Radanın Teleqram kanalında yayımlanan brifinqdə bildirib.

Ukrayna parlamentinin spikeri onu da bildirib ki, Rumıniya Kiyevə bütün lazımi yardımları, o cümlədən hərbi yardımı göstərməyə və qaçqınların qayğısına qalmağa, Şimali Makedoniya Ukraynanın bərpasına qoşulmağa hazırdır. İsveçrə də layihəyə qoşula bilər.

Rumıniya, Şimali Makedoniya və İsveçrənin spikerləri Kiyev vilayətinin İrpen və Qostomel yaşayış məntəqələrində də olublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.