Dünya

Ukraynaya silah sel kimi axacaq - Mərkəz yaradıldı

27 Aprel 2022 10:46
3 Şərh     Baxış: 2 820
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pentaqon Ukraynaya silah göndərilməsi ilə bağlı Almaniyanı mərkəz seçib.

Milli.Az kommersant-a istinadən xəbər verir ki, Almaniyanın Ştutqart şəhərində ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının bazasında Ukraynaya hərbi yardımın çatdırılmasına nəzarət üçün mərkəz təşkil edilib. Onun vəzifələri sırasına 40-dan çox ölkədən çatdırılmaların əlaqələndirilməsi və sürətləndirilməsi daxildir.

"Mərkəz bu təhlükəsizlik sisteminin səylərini dəstəkləmək üçün yaradılıb" deyə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi jurnalistlərə bildirib. Mərkəzin heyəti 15-dən çox ştatın nümayəndəsidir, rəhbəri isə "iki ulduzlu Amerika hərbi generalıdır".

ABŞ dövlət katibi Entoni Blinken və Pentaqonun rəhbəri Lloyd Ostinin Kiyevə səfərindən sonra Ukraynaya hərbi dəstəyi artıracaqlarına söz veriblər. Öz növbəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, NATO Kiyevi silahlandıraraq Rusiya ilə proksi-müharibəyə girir.

Kamran Seyidov

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.