Dünya

Tokayev partiya sədrliyindən istefa verdi

26 Aprel 2022 22:26
0 Şərh     Baxış: 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstan prezidenti Kasım Jomart Tokayev hakim "Amanat" partiyasının sədrliyindən istefa verib.

O, partiyanın onlayn keçirilən 23-cü növbədənkənar toplantısındakı çıxışında bu gündən etibarən sədr səlahiyyətləri ilə üzvlüyünə xitam verdiyini açıqlayıb.

Ölkədə bütün sahələrdə monopoliyadan qurtulma prosesinin getdiyinə işarə edən Tokayev, bu prosesin siyasi sistemdən də yan keçməməli olduğunu dilə gətirib.

Dövlət başçısı bu qərarın ölkənin siyasi sistemində ədaləti və rəqabəti, bütün tərəflər üçün bərabər imkanları təmin edəcəyinə inandığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.