Dünya

Taliban İranla danışıq aparmağa hazırlaşır

23 Aprel 2022 10:48
Baxış: 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Taliban hakimiyyəti Hilmənd çayından gələn suyun tənzimlənməsi üçün İranla danışıqlara hazırdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ölkənin mədəniyyət və informasiya naziri İnamulla Samanqani yerli televiziyaya bildirib.

Samanqani deyib ki, Əfqanıstan problemi dialoq yolu ilə həll etmək niyyətindədir. Əfqanıstan Hilmənd çayının suyunun bölünməsinə dair 1973-cü il sazişinin tələblərini yerinə yetirir.

Qeyd edək ki, İranın bəzi əyalətlərində su problemi güc strukturları ilə toqquşmalara səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.