Dünya

Niderland Ukraynanı zirehli haubitsalarla təmin edəcək

22 Aprel 2022 23:24
0 Şərh     Baxış: 1 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Niderland Almaniya ilə birlikdə Ukraynanı zirehli haubitsalarla təmin etmək niyyətindədir.

Milli.Az "report"-a istinadən xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Kaysa Ollonqren Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Almaniya ilə məsləhətləşmələr son mərhələdədir.

Bu həftənin əvvəlində Niderland hakimiyyəti Ukraynanı ağır silahlarla təmin etmək niyyətində olduqlarını bildirib.

40-50 km məsafədəki hədəfləri vura bilən zirehli haubitsalar ən ağır artilleriya sayılır. Niderland ordusu 54 ədəd belə texnika ilə silahlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.