Dünya

Bayden Kiyevə əlavə hərbi yardımı müzakirə edib

20 Aprel 2022 07:45
0 Şərh     Baxış: 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Co Bayden və müttəfiq ölkələrin liderləri Ukraynaya əlavə hərbi yardımların verilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

"Bəli, prezident Bayden və digər ölkələrin liderləri bu səhər Ukraynaya əlavə sursat və hərbi yardım göstərmək barədə danışdılar",- deyə Psaki bildirib.

Ağ Evin məlumatına görə, vidobağlantı vasitəsi ilə keçirilən görüş təxminən bir saat yarım davam edib.

Videokonfransda Bayden ilə yanaşı, Böyük Britaniya, İtaliya, Kanada, Polşa, Rumıniya, Fransa, Almaniya, Yaponiya liderləri, həmçinin Avropa Komissiyasının sədri, Avropa Şurasının rəhbəri və NATO-nun baş katibi iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.