Dünya

İsveç vətəndaşı şəxsi yaxtasını satıb - Ukraynaya təcili yardım maşınları almaq üçün - FOTO

18 Aprel 2022 12:12
0 Şərh     Baxış: 611
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveç vətəndaşı öz yelkənli yaxtasını satıb və Ukrayna üçün təcili yardım maşınları alıb.

Milli.Az bildirir ki, bu barədə "Xalqın xidmətçisi" özünün Telegram kanalında məlumat yayıb.

Alınan avtomobillərdən birində isveçli Sumi vilayətinin Trostyanets şəhərinə gəlib.

"Tanış olun, bu, İsveç vətəndaşıdır. O, Ukraynaya təcili yardım maşınlarının bir partiyasını almaq üçün yelkənli yaxtasını satıb. Onlardan birini özü idarə edərək, Sumi vilayətinin Trostyanets şəhərinə getdi. Tərəfdaşlarımıza təşəkkür edirik! Biz çətin anlarda millətimizə kömək etməyi heç vaxt unutmayacağıq", - yazıda deyilir.

Qeyd olunur ki, isveçli həkimlər də tibbi aparatların alınması üçün vəsait ayırıblar.

Aslan Məmmədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.