Dünya

Boris Conson: Yaxın günlərdə Ukraynaya zirehli texnika veriləcək

17 Aprel 2022 15:52
Baxış: 1 174
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Böyük Britaniyanın baş naziri Boris Conson telefon danışığı zamanı Ukrayna prezidenti Volodimir Zelenskiyə məlumat verib ki, zirehli texnika yaxın günlərdə Ukraynaya təhvil veriləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib.

Conson və Zelenski Ukrayna üçün uzunmüddətli təhlükəsizliyin həllinin zəruriliyini müzakirə ediblər.

Böyük Britaniyanın baş naziri qeyd edib ki, o, yaxın günlərdə Ukraynanın öz suverenliyini qoruya bilməsi üçün müttəfiqlər və tərəfdaşlarla yaxından işləməyə davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.