Dünya

Rusiya Boris Consona və digər Britaniya rəsmilərinə sanksiya tətbiq etdi

16 Aprel 2022 13:42
1 Şərh     Baxış: 1 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Londonun sanksiyalarına cavab olaraq Rusiya Federasiyası Böyük Britaniya hökumətinin əsas üzvlərini və bir sıra siyasi xadimləri Rusiyanın stop siyahısına daxil edəcək.

Siyahıya Baş nazir Boris Conson, baş nazirin müavini Dominik Raab, xarici işlər və müdafiə nazirləri Elizabet Trass və Ben Uollas, keçmiş baş nazir Tereza Mey və digərləri daxildir.

Milli.Az TASS-a istinadən bildirir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"London Ukrayna ətrafında vəziyyəti qəsdən gərginləşdirir, Kiyevi öldürücü silahlarla təchiz edir və eyni NATO səylərini koordinasiya edir. Bir sıra ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə sövq edən Londonun təhriki qəbuledilməzdir", - bəyanatda qeyd edilib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.