Dünya

Pentaqon “Moskva”nı Ukraynanın vurduğunu açıqladı

15 Aprel 2022 22:56
0 Şərh     Baxış: 1 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pentaqon Rusiyanın Oddessadan 60-65 dəniz mili cənubunda yerləşdirdiyi Qara dəniz donanmasının flaqmanı "Moskva"da baş verən partlayışın səbəbini açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin rəsmisi Qara dənizdə batan Rusiyanın flaqman gəmisinin Ukrayna tərəfindən atılan iki "Neptun" raketi ilə vurulduğunu təsdiqləyib.

Pentaqonun yüksək rütbəli rəsmisi ötən gün Rusiyanın "Moskva" kreyserindəki partlayışdan sonra Qara dənizin şimalından daha cənuba doğru gəmilərini geri çəkdiyini açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.