Dünya

Ruslar Kiyev bölgəsinə üç raket zərbəsi endirdi

15 Aprel 2022 21:47
0 Şərh     Baxış: 1 114
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Kiyev bölgəsinə üç raket zərbəsi endirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu gün Rusiya Kiyev bölgəsindəki obyektlərə üç raket hücumu həyata keçirib.

Bu barədə ümumkrayna telemarafonunun efirində Kiyev vilayət hərbi idarəsinin sədri Aleksandr Pavlyuk məlumat verib:

"Yalnız bu gün Kiyev vilayətindəki hədəflərə üç raket zərbəsi endirilib. Biz digər hədəflərə təkrar zərbələr endirilməsi ehtimalını istisna etmirik və buna hazır olmalıyıq".

"Zərbə qüvvələrinin Kiyev istiqamətində geri qaytarılması təhlükəsi, minalanmış ərazilərin təhlükəsi və düşmənin həm Kiyevdə, həm də bütün Ukraynada raket zərbələri endirmə ehtimalı qalmaqdadır", - o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.