Dünya

BMT: Bu ölkədə 9 milyon insan aclıqdan ölmək ərəfəsindədir

15 Aprel 2022 11:38
0 Şərh     Baxış: 785
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Sudanın 9 milyona yaxın sakini dünya bazarında ərzaqların qiymətinin xeyli qalxması və silahlı qruplaşmaların hərəkətləri səbəbindən ərzaq yardımına kəskin ehtiyac duyur.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cənubi Sudandakı missiyasının (UNMISS) rəhbəri Nikolas Heysom bildirib.

"Cənubi Sudan əhalisinin üçdə ikisi və ya 9 milyona yaxın insan - bunlardan 4,6 milyonu uşaqdır - sağ qalmaq üçün köməyə ehtiyac duyur. Ərzaq qıtlığı ölkənin müxtəlif bölgələrində hiss olunacaq", - o Afrika ölkəsinin paytaxtı Cubada keçirdiyi mətbuat konfransında deyib.

N.Heysom ölkənin təcili və daimi maliyyəyə ehtiyacı olduğunu vurğulayıb. "Yalnız dünya birliyinin birgə səyləri Cənubi Sudanda ən pis hadisələrin qarşısını ala bilər", - o söyləyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.