Dünya

Səudiyyə şahzadəsi İlon Maskın təklifini rədd etdi - FOTO

15 Aprel 2022 20:54
0 Şərh     Baxış: 1 495
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Twitter"in ən böyük səhmdarlarından biri olan Səudiyyə şahzadəsi Əl-Valid bin Talal Əl Səud "Tesla" və "SpaceX"in yaradıcısı, planetin ən varlı adamı İlon Maskın sosial şəbəkənin səhmlərinin 100%-ni almaq təklifini rədd edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "mən inanmıram ki, Maskın təklif etdiyi qiymət şirkətin inkişaf perspektivlərini nəzərə alaraq "Twitter"in həqiqi dəyərinə yaxındır. Twitter-in ən böyük və ən uzunmüddətli səhmdarlarından biri kimi mən bu təklifi rədd edirəm" - Səudiyyə şahzadəsi öz "Twitter" hesabında yazıb.

Qeyd edək ki, Amerikanın elektrik avtomobil istehsalçısı "Tesla"nın baş direktoru İlon Mask "Twitter"i 41 milyard dollara almaq təklifi ilə çıxış edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.