Dünya

Rusiya ABŞ və NATO-ya xəbərdarlıq etdi

13 Aprel 2022 22:49
0 Şərh     Baxış: 1 403
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukrayna torpaqlarında silah daşıyan ABŞ və NATO maşınlarını "qanuni hərbi hədəflər" hesab etdiklərini bildirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, nazir müavini bu barədə TASS-a bildirib.

Ryabkov ABŞ-ın Ukraynaya silah dəstəyi verdiyinə diqqət çəkərək, belə bir şəraitdə ABŞ administrasiyası ilə Ukraynadakı vəziyyətlə bağlı geniş təmasların mənasız olduğunu bildirib.

"Eyni zamanda, biz amerikalılara və digər qərblilərə izah etməyə çalışırıq ki, əməliyyatımızı ləngitmək, Rusiya hərbi birləşmələrinə, Donetsk və Luqansk xalq respublikalarının yaradılması prosesinə zərər vurmaq cəhdlərinin qarşısı alınacaq.

Biz onlara xəbərdarlıq edirik ki, Ukrayna torpaqlarında fəaliyyət göstərən ABŞ-NATO silahlı maşınları qanuni hərbi hədəflər hesab edilir", - o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.