Dünya

Yaponiya ABŞ-dən böyük miqdarda hərbi texnika alacaq - FOTO

28 Oktyabr 2025 15:07
Baxış: 368
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Prezidenti Donald Tramp Tokioda Yaponiyanın baş naziri Sanae Takaiçi ilə görüşdən sonra bildirib ki, Yaponiya ABŞ-dən böyük miqdarda yeni hərbi texnika sifariş edib.

Milli.Az xəbər verir ki, Trampın sözlərinə görə, Yaponiyanın hərbi imkanları əhəmiyyətli dərəcədə artırılacaq. Prezident həmçinin iki ölkə arasında ticarət və strateji əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu sifarişləri ədalətli və qarşılıqlı faydalı addım adlandırıb:

"Bu sifarişi və bütövlükdə ticarət əlaqələrini yüksək qiymətləndiririk. Biz yeni razılaşma əldə edirik və bu, həqiqətən ədalətli bir anlaşmadır" .

Bu açıqlama Tokioda Tramp və Takaiçi arasında nadir mineralların tədarükü, strateji investisiyalar və müdafiə sahəsində əldə olunan razılaşmaların tərkib hissəsi olaraq qiymətləndirilir.

Beləliklə, Yaponiyanın ABŞ-dən hərbi texnika sifarişi müdafiə potensialının artırılması və iki ölkə arasındakı strateji tərəfdaşlığın gücləndirilməsi baxımından önəmli addım kimi qəbul edilir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.