Dünya

Zelenski: "Rusiya Ukraynada SSRİ-nin Əfqanıstan müharibəsində əsgərindən çox hərbçi itirib"

13 Aprel 2022 07:50
0 Şərh     Baxış: 1 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya ordusunun Ukraynadakı 48 gündə itkisi Sovet İttifaqının Əfqanıstandakı 10 illik müharibəsindən daha yüksək səviyyəyə çatıb.

Milli.Az "report"-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin 48-ci gününün yekunlarına dair videomüraciətində deyib.

O, xatırladıb ki, Rusiya Kiyevi 48 saata ələ keçirəcəyi ilə öyünürdü.

"Digər tərəfdən, Ukrayna artıq 48 gündür ki, düşmənin hücumlarını dəf edir. Bu gün bunu xatırlamağa dəyər.

Xatırladaq ki, Rusiya rəhbərliyi fevralın 24-dən bir neçə gün sonra, hücum başlayandan sonra Kreşatikdə əsgərlərinin paradını görməyə ümid edirdi. Lakin o, hər gün müdafiəçilərimizin cəhənnəmə göndərdiyi əsgərləri görür. Artıq 48 günə qədər uzanan 48 saat ərzində Rusiya ordusu 10 ildə Sovet İttifaqının Əfqanıstandakı müharibədəki itkilərindən yüksək səviyyəyə çatdı. Rusiyanın Çeçenistandakı iki müharibədəki itkilərindən çox", - Zelenski vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.