Ukrayna prezidenti Zelenskinin diplomatik müşaviri, Avrointeqrasiyaya cavabdeh, Ukrayna Prezidentinin Aparatı rəhbərinin müavini İqor Jovkva hesab edir ki, Ukraynanın Aİ-yə üzvlüyü yaxın illərdə baş verəcək və birmənalı olaraq beş il çəkməyəcək.
Milli.Az UNİAN-a istinadən bildirir ki, o, bu barədə "Avropa həqiqəti"nə müsahibəsində danışıb.
"Bizim Aİ-yə daxil olmağımız mütləq yaxın bir neçə il ərzində olacaq", - diplomat bildirib. Jovkva etiraf edib ki, Aİ-nin bütün dövlətləri bu qərara hazır deyil, lakin danışıqların nəticə verdiyinə əmin olub.
"Təəssüf ki, bütün ölkələr eyni cür düşünmür, lakin əminliklə deyə bilərik ki, heç bir Aİ ölkəsi buna qarşı deyil. Və hər bir ölkədə Ukraynanın üzvlüyü ilə bağlı müsbət tendensiya var. Baxmayaraq ki, bu dinamikanın sürəti bir qədər fərqlidir", - deyə izah edib.
O, təxmini ili açıq şəkildə proqnozlaşdırmaqdan imtina edib və izah dib ki, hazırkı mərhələdə "təəssüf ki, hər şey bizdən asılı deyil". Lakin o, danışıqların uzun müddət uzanacağını istisna edir.
"Əlbəttə ki, onilliklər deyil, beş il də deyil. Ukraynalılar, cəbhə xəttindəki əsgərlər, indi atəş altında olan dinc sakinlər, Avropa Ukraynasında yaşamaq istəyən uşaqlar bizə bunu etməyə imkan verməyəcəklər. Söhbət illərdən gedir", - o vurğulayıb.
O, Ukraynanın danışıqların bütün mərhələlərini keçməli və islahatlar aparmalı olacağını da etiraf edib, lakin Ukraynanın bunu bacaracağına əmindir: "Üstəlik, müharibəyə baxmayaraq, Aİ-yə sektoral inteqrasiyamız hətta sürətlənib. Bir misal, Ukraynanın Aİ-nin vahid enerji sisteminə qoşulmasıdır. Bu, vaxtından əvvəl, plandan bir il yarım əvvəl həyata keçirilib".
Aslan Məmmədov
Milli.Az