Dünya

Ukraynada daha bir dəmiryolu stansiyası atəşə tutuldu

11 Aprel 2022 09:42
0 Şərh     Baxış: 1 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprelin 10-dan 11-nə keçən gecə Rusiya qoşunları Ukraynanın şərqində dəmiryolu stansiyasını atəşə tutub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Dəmir Yolları"nın ("Ukrzaliznıtsa") rəhbəri Aleksandr Kamışin açıqlayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində 5 lokomotivə zərər dəyib. Xəsarət alan və ölən olmayıb.

Xatırladaq ki, aprelin 8-i Rusiya qoşunlarının Ukraynanın Donetsk vilayətində Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində 50 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.