Dünya

Polşa Katın qırğınına görə beynəlxalq məhkəməyə müraciət edəcək

11 Aprel 2022 07:50
0 Şərh     Baxış: 678
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşa hökuməti Katın qırğınına görə beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda Katın qırğınının 82-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

"Soyqırıma görə iddia müddəti yoxdur. Buna görə də, məsələnin beynəlxalq məhkəmədə araşdırılmasını tələb edəcəyik. Müvafiq müraciət yaxın vaxtlarda ediləcək. Bu cinayəti törədənlər müəyyən edilməlidir" - deyə dövlət başçısı vurğulayıb.

Bununla belə, Duda konkret olaraq hansı məhkəməyə müraciət ediləcəyini deməyib.

Qeyd edək ki, 1940-cı ilin aprel - may aylarında SSRİ Xalq Daxili İşlər Komissarlığına tabe olan qüvvələr bir neçə şəhərdə 22 000 polyak zabit və ziyalısını güllələyib. Kütləvi məzarlıqlar ilk dəfə Katın meşəsində aşkar edildiyi üçün bu hadisələr Katın qırğını adlandırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.