Dünya

Rusiyada oğurluğa qarşı qeyri-adi tədbirlər - FOTO

9 Aprel 2022 17:12
0 Şərh     Baxış: 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Ukraynada başlatdığı genişmiqyaslı müharibə fonunda RF şəhərlərində ərzaq dükanlarında oğurluq halları artıb. Mağaza sahibləri də belə halların qarşısını almaq üçün qeyri-adi üsula əl atıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məsələn, Sankt-Peterburq şəhərindən paylaşılan görüntülərdə yağların "anti-oğru" müdafiəsi ilə qorunduğu əks olunub. Fotolarda bu cür məhsulların plastik keyslərə yığıldığı görünür. Hətta qiyməti 95 rubl (iki manat) olan ən ucuz yağ da belə qabda satılır.

Ərzaqlardan başqa, ülgüclər və ətir kimi bahalı mallarda da belə qablaşdırmalar var.

Eyni hallar İjevskdə də müşahidə olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.