Dünya

Ukrayna prezidentinə Aİ-yə üzvlüklə bağlı sorğu vərəqəsi verilib

8 Aprel 2022 22:24
0 Şərh     Baxış: 1 259
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Ukrayna prezidenti Volodimir Zelenskiyə sorğu vərəqəsini təqdim edib və onun doldurulması Ukraynanı Avropa İttifaqına daxil olmasını yaxınlaşdıra bilər.

Milli.Az "report"-a istinadən bildirir ki, sənəd Avropa Komissiyasına Ukraynanın Avropa İttifaqına daxil olması məsələsinin müzakirəsinə başlamaq üçün Aİ Şurasına tövsiyə etməyə imkan verəcək.

Sənəd Avropa İttifaqına tövsiyə xarakteri daşıyacaq. Avropa Komissiyasının rəhbəri sorğunu doldurmağa kömək edəcəyinə söz verib:

"Birlikdə sıx işləsək, bu mövqeyi həmişə olduğu kimi illər ərzində deyil, həftələr ərzində formalaşdırmaq mümkün olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.