Dünya

Rusiya MN: Ukraynada daha 134 hərbi obyekt vurulub

5 Aprel 2022 12:18
0 Şərh     Baxış: 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya ötən gecə Ukraynada 134 hərbi obyekti vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Gecə saatlarında Rusiya Hava kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası və raket qoşunları Ukraynanın 134 hərbi obyektini vurub. Onların arasında səkkiz komanda məntəqəsi və rabitə mərkəzi, S-300 zenit-raket kompleksinin işıqlandırılması və yönləndirilməsi üçün bir radar, "Toçka-U" raket kompleksi üçün bir buraxılış qurğusu, altı sursat və iki yanacaq anbarı, həmçinin 85 dayaq məntəqəsi və Ukrayna hərbi texnikasının cəmləşdiyi ərazilər var", - deyə Rusiya MN rəsmisi vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.