Dünya

İş görmədən ayda 1000 avro pul qazanır - Peşəsinin sirrini də paylaşdı - VİDEO

6 Aprel 2022 04:22
1 Şərh     Baxış: 2 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın Tokio şəhərində yaşayan Şoji Morimoto 4 ildir ki, boş vaxtını kirayələyir.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, sosial media hesabında 250 mindən çox izləyicisi olan Morimoto adlı şəxs 75 avro müqabilində onlardan gələn qısa sualları cavablayır.  

Uşaqlığından bəri ailəsinin heç bir şey etmədiyindən şikayətçi olduğunu deyən Morimoto bu xüsusiyyətindən iş həyatında istifadə etməyə başlayıb.

Belə ki, o bəzən ona zəng edən şəxslərlə danışmadan, sadəcə görüntülü şəkildə əlaqə saxlamaqla belə pul qazana bilir. 

Qeyd edək ki, Yaponiyada tənhalıq son illərdə ən mühüm sosial problemlərdən birinə çevrilib. Hökumət intihar hallarının artması ilə məşğul olmaq üçün Tənhalıq Nazirliyi belə yaradıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.