Dünya

Hindistanlı qadının sayıqlığı 200-ə yaxın adamın həyatını xilas etdi

5 Aprel 2022 09:12
0 Şərh     Baxış: 1 507
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanlı qadın qatarı və sərnişinləri mümkün qəzadan xilas edib.

O, işə yollanarkən təsadüfən relslərdə olan çatı aşkar edib və dərhal qatar yoluna çıxaraq qırmızı milli paltarını yelləyərək maşinistə xəbərdarlıq etməyə başlayıb.

"Dərhal anladım ki, böyük bir faciə baş verə bilər" - deyə qadın jurnalistlərdən birinə hadisəni danışarkən söyləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qadın bir müddət dəmir yolu üzərində dayanıb və qatarın yaxınlaşmasını gözləyib.

Qatarın uzaqdan yaxınlaşdığını görən Omvata Devi onu dayandırmaq üçün qırmızı paltarını yelləməyə başlayıb.

Sürücü təcili əyləcə basa bilib və nəticədə heç kim xəsarət almayıb.

Qeyd olunur ki, həmin vaxt qatarda 150-200 sərnişin olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.