Dünya

Avropalılar müqavimət göstərir, Qərb hazır deyil

3 Aprel 2022 14:37
0 Şərh     Baxış: 905
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərb enerji böhranı ilə mübarizə aparır, lakin AB ölkələrinin vətəndaşları adi həyatlarından əl çəkməyə və Rusiyanın ixrac etdiyi yanacağa olan tələbatı azaltmağa hazır deyillər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Politiko" nəşrinin yaydığı məqalədə bildirilib.

Məqalə müəllifinin fikrincə, problem ideyaların olmamasında deyil, əksinə, son həftələr artıq avropalılara evlərində termostatları bir dərəcə aşağı salmaq, sürət həddini azaltmaq və ya avtomobilsiz günlər tətbiq etməklə Rusiya neftinə tələbatı azaltmaq təklif olunub.

Məqalədə ekspert Yan Rozenovun sözlərinə istinad edərək qeyd edilib ki, insanlar dövlətin öz həyatlarında tətbiq etdiyi dəyişikliklərə müqavimət göstərirlər və buna görə də AB ölkələrinin siyasətçiləri bu cür çağırışlara ehtiyatlı yanaşırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.