Dünya

Ukraynada “V” və “Z” simvollarının istifadəsi qanunla qadağan edildi

2 Aprel 2022 09:06
0 Şərh     Baxış: 1 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Ali Radası ölkədə "V" və "Z" simvollarının istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bundan əlavə, Rusiya Federasiyası Ukraynada "terrorçu ölkə" kimi qəbul ediləcək.

Bu barədə məlumat Ukraynanın hakim "Xalqın xidmətçisi" partiyasının saytında dərc olunub.

Qeyd edək ki, Ukrayna hökuməti hələ 2015-ci ildən Rusiya Federasiyasını rəsmi olaraq təcavüzkar ölkə kimi tanıyıb.

Məlumat üçün əlavə edək ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi  "Instagram" səhifəsində "Z" və "V" hərflərinin mənası aşağıdakı kimi təqdim olunub:

"Z" - "Za pobedu" (Qələbə üçün);

"V" - "Sila v pravde" (Güc həqiqətdədir)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.