Dünya

Rusiya Odessaya “İsgəndər” atdı - Ölənlər var

1 Aprel 2022 23:30
0 Şərh     Baxış: 2 212
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya qoşunları Odessa vilayətindəki yaşayış məntəqəsinə "İsgəndər" raketi atıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Maksim Marçenko bildirib.

"Düşmən indicə Krımdan "İsgəndər" raket kompleksindən Odessa bölgəsindəki yaşayış məntəqəsinə üç raket zərbəsi endirib. Qurbanlar var. Biz bunu belə buraxmayacağıq. Söz verirəm ki, onlar hər raket buraxılışına və hər hücuma görə peşman olacaqlar", - Marçenko videomüraciətində qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.