Dünya

İtaliya rusiyalıların 900 milyon avroluq əmlakını müsadirə etdi

1 Aprel 2022 19:30
0 Şərh     Baxış: 1 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada Avropa sanksiyalarına məruz qalan Rusiya vətəndaşlarının 900 milyon avro dəyərində əmlakı müsadirə edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə ölkənin xarici işlər naziri Luici Di Mayo bildirib.

"İndiyə qədər ümumi məbləğ 900 milyon avro təşkil edib. Biz tez və davamlı hərəkət etdik və bunu gələcəkdə də davam etdirəcəyik", - deyə o qeyd edib.

Bundan əvvəl İtaliya hökuməti rusiyalı iş adamı Andrey Melniçenkonun yaxtasına həbs qoyub. Rusiyalı milyarder Poman Abramoviç isə yaxtasını Monteneqroya apararaq, sanksiyalardan xilas ola bilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.