Dünya

Putinlə Ərdoğanın telefon danışığı bitdi - YENİLƏNİB

1 Aprel 2022 18:37
0 Şərh     Baxış: 4 492
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

18:37

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

Milli.Az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Telefon danışığı zamanı Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbul görüşü müzakirə olunub.

Ərdoğan Rusiya və Ukrayna liderlərini görüşdürmək istədiyini bildirib. Putin buna görə Ərdoğana təşəkkür edib.

-------
17:32

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vldimir Putin arasında telefon danışığı başlayıb. 

Milli.Az xəbər verir ki, məlumatı "Ahaber" yayıb.

------
14:06

Putin Ərdoğanla telefon danışığı aparacaq.

Milli.Az TASS-a istinadən bildirir ki, Rusiya dövlət başçısının mətbuat katibi Dmitriy Peskovun jurnalistlərə dediyinə görə, Rusiya prezidenti Vladimir Putin cümə günü Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla bir sıra beynəlxalq telefon danışıqları aparacaq.

"Gündəlikdə Putinin bir neçə beynəlxalq telefon danışığı var. Onlardan biri artıq Ankaradakı həmkarlarımız tərəfindən açıqlanıb, bu, Ərdoğanla söhbət olacaq, biz bunu təsdiq edirik", - Peskov bildirib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.