Dünya

BMT: Ukrayna müharibəsində 1 180 nəfərədək mülki şəxs həlak olub

30 Mart 2022 07:59
0 Şərh     Baxış: 874
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək azı 1 179 ukraynalı mülki şəxs həlak olub, daha 1 860 nəfər yaralanıb.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə BMT Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) məlumat yayıb.

Məlumata görə, fevralın 24-dən martın 29-dək 3 milyon 901 min 713 ukraynalı Ukrayna ilə qonşu dövlətlərin sərhədlərini keçib.

Eyni zamanda, ukraynalı qaçqınların yarıdan çoxu (2 314 623 nəfər) Polşaya gedib. Ondan sonra Rumıniya (602 461), Moldova (385 222), Macarıstan (359 197) və Slovakiya (278 238) gəlir.

Fevralın 18-dən fevralın 23-dək olan müddətdə Ukraynanın Donetsk və Luqansk vilayətlərindən 113 min nəfər Rusiyaya keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.