Dünya

Bayden Avropa liderləri ilə Mariupoldakı humanitar vəziyyəti müzakirə edib

30 Mart 2022 07:55
0 Şərh     Baxış: 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ, Almaniya, Fransa, Böyük Britaniya və İtaliyanın liderləri Cozef Bayden, Olaf Şolts, Emmanuel Makron, Boris Conson, Mario Draqi arasında telefon danışığı olub.

Milli.Az "report"-a istinadən bildirir ki,  bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Danışıqlarda Ukraynanın Mariupol şəhərində mülki əhalinin humanitar yardıma çıxışının təmin edilməsinin vacibliyini vurğulanıb.

"Liderlər həm Ukrayna daxilində milyonlarla zorakılıq qurbanlarına, həm də digər ölkələrdəki qaçqınlara humanitar yardım göstərmək səylərini nəzərdən keçiriblər", - Ağ Evin bəyanatında deyilir.

Tərəflər, həmçinin Rusiyanın hərbi əməliyyatları kontekstində Ukraynaya təhlükəsizliyinin təmin edilməsinə yardım göstərmək əzmində olduqlarını bir daha təsdiqləyiblər.

Bundan əlavə, onlar Moskvaya qarşı sanksiyaların tətbiqindən sonra enerji bazarında sabitliyin qorunmasını müzakirə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.