İstanbulda Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski ilə Ukrayna nümayəndə heyətinin üzvü, hakim "Ukrayna xalqının xidmətçisi" partiyasının parlamentdəki fraksiyasının rəhbəri David Araxamiya arasında təkbətək danışıqlar başlayıb.
Milli.Az bildirir ki, bu barədə TASS-a diplomatik mənbə məlumat verib.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndə heyətləri qarşısında çıxış edib. İstanbulda davam edən danışıqlar Rusiya və Ukrayna nümayəndə heyətlərinin martın 7-dən bəri ilk üz-üzə görüşü olub.
Aslan Məmmədov
Milli.Az