Dünya

Kiyevdən Abramoviçin zəhərlənməsi iddiasına cavab: Bu, medianın informasiya oyunlarıdır

29 Mart 2022 09:12
0 Şərh     Baxış: 1 037
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak oliqarx Roman Abramoviç və Ukrayna nümayəndə heyətinin üzvü Rüstəm Umerovun zəhərlənməsi ilə bağlı yayılan xəbərlərdən danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, bunu "medianın informasiya oyunları" adlandırıb və danışıqların həmişəki kimi adi rejimdə davam etdiyini bildirib.

"Hazırda danışıqlar üzrə qruplar adi qaydada işləyir. Təbii ki, mediada müəyyən informasiya oyunlarının çoxlu elementlərini görmək olar. Buna baxmayaraq, bir daha vurğulayıram ki, hər şey işlək formatdadır", - deyə Podolyak bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.