Dünya

Yapon siyasətçidən ŞOK AÇIQLAMA: ...Rusiya ilə toqquşma qaçılmazdır

27 Mart 2022 10:18
0 Şərh     Baxış: 1 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya Rusiya ilə Kuril adaları üsündə toqquşmanın baş verəcəyini artıq istisna etmir...

Rusiyanın Kuril adalarının mənsubiyyəti ilə bağlı danışıqlardan çəkilməsi burada ABŞ-ın təsirinin artmasına, həmçinin rəsmi Tokio ilə toqquşmaya gətirib çıxara bilər.

Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Yaponiya parlamentinin yuxarı palatasının üzvü, Munoe Sudzuki Shukan Gendai agenltiyinə danışıb.

"Əgər Rusiya ilə sülh müqaviləsi və "şimal əraziləri" (yaponlar Kuril adalarını belə adlandırırlar-red.) baş tutmasa toqquşma qaçılmazdır", - deyə M.Sudzuki bildirib.

Yapon siyasətçi Kremlin danışıqlardan vaz keçməsində rəsmi Tokionun son sanksiyalarının da rol oynadığını etiraf edib.

Buna görə o, dialoqun davam etdirilməsinin Yaponiyanın marağında olduğunu vurğulayıb.

"Bu bizə həm ABŞ, həm də Rusiya qarşısında mövqelərimizi möhkəmləndirməyə imkan verər", - deyə Munoe Sudzuki söyləyib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.