Dünya

Ukraynada rusların girovluğunda olan azərbaycanlı tələbə atasına zəng edib

26 Mart 2022 15:03
0 Şərh     Baxış: 1 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada Rusiya hərbçilərinin girovluğunda olan azərbaycanlı tələbə atasına zəng edib.

Milli.Az "Report"a istinadən bildirir ki, əslən Neftçala rayonundan olan Hüseyn Abdullayevin valideynləri onun azad olunması üçün rəsmi qurumlara müraciət ediblər.

Tələbənin atası Amin Abdullayevin verdiyi məlumata görə, dünən axşam saatlarında oğlu ilə əlaqə saxlaya bilib. Oğlunu saxlayan adamlar bildiriblər ki, Hüseynlə normal davranırlar, amma yerini deyə bilməzlər: "Hüseyn özü də bizlə (valideynləri ilə - Red.) danışıb, yaxşı olduğunu bildirdi".

Qeyd edək ki, H. Abdullayev Mariupol Universitetinin 3-cü kurs tələbəsidir. Sığınacaqdan çıxaraq şəhəri tərk etmək istəyərkən avtomobildə olan şəxslərlə birgə rus hərbçiləri tərəfindən girov götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.