Dünya

Rusiya Ukraynada 35 “Bayraktar TB2” vurub

25 Mart 2022 19:59
1 Şərh     Baxış: 1 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xüsusi hərbi əməliyyat zamanı Ukrayna Silahlı Qüvvələrinə məxsus 1587 tank və zirehli maşın məhv edilib".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisinin birinci müavini general-polkovnik Sergey Rudskoy bu gün keçirilən brifinqdə açıqlayıb.

Onun sözlərinə görə, əməliyyat zamanı Ukraynanın 636 artilleriya və minaatanı, 163 reaktiv yaylım atəşi sistemi, 112 təyyarəsi, 75 helikopteri, 35 "Bayraktar TB2" pilotsuz uçuş aparatı, 148 "S-300" və "Buk M1" hava hücumundan müdafiə sistemləri məhv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.