Dünya

NATO rəhbəri bu ssenarini mümkünsüz hesab edir

25 Mart 2022 14:15
0 Şərh     Baxış: 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya Federasiyası ilə Alyans arasında müharibə ehtimalından danışıb.

Milli.Az bildirir ki, bu barədə Milli.Az CNN-ə istinadən xəbər verir.

Məlumata görə, NATO rəhbəri belə bir ssenarinin mümkünsüz hesab edib.

Stoltenberqin sözlərinə görə, NATO ölkələrinin birliyi genişmiqyaslı müharibə ehtimalını azaldıb, lakin o, Ukraynada vəziyyətin gözlənilməz olduğunu qeyd edib.

NATO baş katibinin sözlərinə görə, Ukraynadakı müharibə nəticəsində Alyans yeni reallıqla üz-üzə qalıb və bununla bağlı uzunmüddətli dövrə hazır olmalıdır. Yens Stoltenberq vurğulayıb ki, Ukraynadakı vəziyyətə görə Alyansla Rusiya arasında münasibətlər artıq əvvəlki kimi olmayacaq, lakin o hesab edir ki, Moskva ilə müəyyən mövzular, o cümlədən risklərin azaldılması ilə bağlı əlaqələr hələ də davam etdirilməlidir.

"NATO-nun gələcəkdə Rusiya ilə necə münasibət quracağı barədə danışmaq hələ tezdir, əminliklə deyə bilərəm ki, onlar əvvəlki kimi olmayacaq. Əvvəlki münasibətlərin olması üçün heç bir şans yoxdur", - NATO rəhbəri mövqeyini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.