Dünya

"Rusiyanın AVRO-2028 arzusu satiradan da betərdir" - Boris Conson

25 Mart 2022 09:30
0 Şərh     Baxış: 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Baş naziri Borus Conson Rusiyanın 2028 və 2032-ci il Avropa çempionatlarına ev sahibliyi üçün namizədliyini irəli sürməsinə münasibət bildirib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, hökumət başçısı Belçikanın paytaxtı Brüsseldəki NATO sammitində çıxışı zamanı belə bir addımın gülünc olduğunu bildirib.

Onun fikrincə, Rusiyanın istənilən futbol və ya mədəniyyət tədbirini keçirmək arzusu satiradan da betərdir: "Kiminsə onların təklifinə ciddi yanaşacağına inana bilmirəm. Ən yaxşısı o olardı ki, Rusiya qoşunları dərhal Ukraynadan çıxardı və bu hüquq Ukraynaya verilərdi".

AVRO-2028-ə Böyük Britaniya və İrlandiya da birgə namizədliyini verib. UEFA Ukraynaya hərbi müdaxilə ilə əlaqədar Rusiyanın bütün klublarını və milli komandasını bütün yarışlardan kənarlaşdırıb. Eyni zamanda, Avropa yığmalarının oyunlarının bu ölkədə yayımı ilə bağlı müqavilənin ləğvi nəzərdən keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.