Dünya

Qazaxıstanda maska ​​rejimi ləğv edildi

25 Mart 2022 15:22
0 Şərh     Baxış: 652
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gündəlik yoluxmaların sayında əhəmiyyətli azalma qeydə alınan Qazaxıstanda karantin tədbirlərinin yumşaldılması davam edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ölkənin Anti-pandemiya Komissiyasının dərc etdiyi yeni qərarla, qapalı məkanlar da daxil olmaqla, maska ​​taxmaq öhdəliyi aradan qaldırılıb.

Lakin xəstəxana və sağlamlıq mərkəzlərində maska ​​rejimi həm işçilər, həm də ziyarətçilər üçün tətbiq olunmağa davam edəcək.

Bundan əlavə, bütün məktəblər, o cümlədən universitetlər əyani təhsilə qayıdacaq.

Qeyd edək ki, Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə son 24 saat ərzində cəmi 12 nəfərdə COVID-19 aşkarlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.