Dünya

Zelenski: "Nüvə obyektlərimiz təhlükə altındadır"

23 Mart 2022 16:10
0 Şərh     Baxış: 841
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukraynada 15 nüvə bloku var. Bu gün onların hər biri təhlükə altındadır".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiya parlamentində çıxışı zamanı deyib.

"Çernobılda baş verənləri hər kəs xatırlayır. Rus terrorçuları silah gücünə oranı ələ keçiriblər. Rusiya Çernobıl AES-i müharibə obyektinə çevirib. Qarşı tərəf müdafiə qüvvələrimizə qarşı yeni hücumlar hazırlamaq məqsədilə Çernobıl AES-dən istifadə edir", - dövlət başçısı vurğulayıb.

O bildirib ki, dünya ölkələri Rusiyanın nüvə silahından istifadə edəcəyi halda hansı addımlar atacaqları barədə indidən düşünməlidirlər.

V.Zelenski, həmçinin göstərilən dəstəyə görə Yaponiya hökumətinə təşəkkür edib: "Bizi bir-birimizdən 8 193 kilometr məsafə ayırsa da, azadlıq arzularımız arasında heç bir məsafə yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.