Dünya

Bir gündə Rusiyanın yeddi tankı vurulub

23 Mart 2022 09:30
0 Şərh     Baxış: 1 285
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukrayna hərbçiləri ötən gün ərzində Rusiya ordusunun yeddi tankını, iki piyada döyüş maşınını, altı artilleriya sistemini və bir neçə hərbi avtomobilini məhv edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının operativ məlumatında bildirilib.

Bundan başqa Ukrayna müdafiəçiləri gün ərzində Rusiya ordusunun yeddi hücumunu dəf edib və üç BMP-3-nü ələ keçirib.

Həmçinin, hava hücumundan müdafiə bölmələri düşmənin hava hədəflərini, yəni iki PUA, dörd təyyarə və bir "Toçka-U" raketini vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.