Dünya

Ağır döyüşlər gedir - Konaşenkov

20 Mart 2022 16:52
0 Şərh     Baxış: 1 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Donetsk silahlı separatçı qruplaşması Stepnoe yaşayış məntəqəsini ələ keçirib.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya MN-in rəsmisi İqor Konaşenkov məlumat yayıb.

O bildirib ki, Ukrayna ordusu geri çəkilir:

"Hazırda Donetsk silahlı qüvvələri geri çəkilən Ukraynanın 53-cü mexanikiləşdirilmiş briqadasını təqib edir. Ukrayna briqadasının 25 əsgəri öldürülüb, iki tank, iki PDM, 5 hərbi maşın məhv edilib".

Onun sözlərinə görə, Donetskin "ikinci hərbi birləşməsi" 3 km irəliləyərək, Kamenka-Verxnetoretskoe yoluna çıxıb, hazırda bu istiqamətdə döyüşlər gedir.

"Bütövlükdə gecə ərzində baş verən döyüşlərdə 40-a qədər Ukrayna əsgəri öldürülüb. Hücum davam edir", - Konaşenkov qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.